Nazir: “Çox fərqli bir İslam Həmrəyliyi Oyunları yaşayacağıq”

Nazir: “Çox fərqli bir İslam Həmrəyliyi Oyunları yaşayacağıq”

"Azərbaycan IV İslam Həmrəyliyi Oyunları da daxil olmaqla, idman oyunlarına çox gözəl ev sahibliyi edir". SİA-nın verdiyi məlumata görə, bunu jurnalistlərə açıqlamasında Türkiyənin gənclər və idman naziri Akif Çağatay Kılıc deyib.

IV İslam Həmrəyliyi Oyunlarının açılışında iştirak etmək üçün Bakıya gəldiyini deyən nazir bildirib ki, V İslam Həmrəyliyi Oyunları da İstanbulda keçiriləcək: "Çox fərqli bir İslam Həmrəyliyi Oyunları yaşayacağıq. Yüksək şəkildə keçiriləcək açılış mərasimini hamımız birlikdə izləyəcəyik. Daha sonra - 2021-ci ildə isə İstanbulda V İslam Həmrəyliyi Oyunları keçiriləcək".

Qeyd edək ki, bu gün açılışı olacaq Bakı-2017 İslam Həmrəyliyi Oyunları mayın 22-dək davam edəcək. Yarışlar Azərbaycan paytaxtının 16 idman obyektində 21 idman növü üzrə keçirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə