"Neftçi" futbol klubunun baş məşqçisi Elxan Abdullayevin köməkçisi müəyyənləşib.
SİA xəbər verir ki, Novruz Əzimov əsas komandanın məşqçisi vəzifəsinə təyin olunub. 1982-ci, 1985-1989-cu və 1991-1992-ci illərdə "Neftçi"nin heyətində 146 oyun keçirib 5 qol vuran N.Əzimov Azərbaycan çempionudur.
"Kəpəz" və AZAL klublarında məşqçi kimi çalışmış mütəxəssis "Bakı"nın baş məşqçisi, məşqçisi və idman direktoru vəzifələrini yerinə yetirib. Baş məşqçi kimi Azərbaycan kubokunun qalibi olub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB