Baş məşqçi: "Azərbaycana gəlmək arzumuz idi" AÇIQLAMA

Baş məşqçi: "Azərbaycana gəlmək arzumuz idi" AÇIQLAMA

"Bakı-2017" IV İslam Həmrəyliyi Oyunlarında iştirak etməkdən çox məmnunuq. Təşkilatçılar idmançılar və nümayəndə heyətlərinə böyük diqqət göstərirlər". Bunu SİA-ya açıqlamasında "Bakı-2017" IV İslam Həmrəyliyi Oyunlarında çıxışını 7-ci yerdə başa vurmuş həndbol üzrə Pakistan milli komandasının baş məşqçisi Məhəmməd Sohaib deyib.

O, "Bakı-2017"də güclü komandalarla qarşılaşdıqlarını bildirib: "Buradakı yığma komandaların heyətləri güclü idmançılardan təşkil olunmuşdu. Biz bir neçə oyundan sonra yorulduq. Sonuncu qarşılaşmada İordaniya yığmasını məğlub etdik. Bu oyunda yaxşı müdafiə olunduq".

Baş məşqçi bu gün keçiriləcək "Bakı-2017" IV İslam Həmrəyliyi Oyunlarının açılış mərasiminin möhtəşəm olacağına əminliyini vurğulayıb: "Açılış mərasiminə böyük həvəslə gedəcəyik. Orada gözəl proqram olcağına əminəm. Azərbaycana gəlmək bizim arzumuz idi. Ölkənizin məşhur yerləri haqda internetdən məlumat almışdıq. İndi həmin yerləri gəzəcəyik".

Bütün xəbərlər Facebook səhifəmizdə