"Valensiya" klubunun yeni baş məşqçisi bəlli olub. İspaniya klubunun rəsmi saytında yer alan xəbərə görə, komandanı növbəti mövsümdən Marselino Qarsiya çalışdıracaq. İspaniyalı mütəxəssislə 2 illik müqavilə imzalanacağı nəzərdə tutulub.
Qeyd edək ki, 51 yaşlı məşqçi "Sevilya", "Rasinq", "Saraqoza", "Sportinq Xixon" komandalarını çalışdırıb. Onun son klubu isə "Vilyareal" olub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB