Boksçularımızın İslamiadadakı rəqibləri bəlli olub

Boksçularımızın İslamiadadakı rəqibləri bəlli olub

"Bakı-2017" IV İslam Həmrəyliyi Oyunları çərçivəsində keçiriləcək boks yarışlarının püşkü atılıb. SİA-nın məlumatına görə, 27 ölkənin qatılacağı boks yarışında Azərbaycan millisinin üzvləri də rəqiblərini tanıyıblar.

Yığmamızın heyətində rinqə ilk olaraq ikiqat dünya çempionumuz Məhəmmədrəsul Məcidov çıxacaq. O, yarışın açılış günü 1/4 finalda qüvvəsini sınayacaq.

"Bakı Kristal Zal"da keçiriləcək boks yarışları saat 12:00-da başlayacaq. Finallar isə mayın 18-də olacaq.

12 may

+91 kq

1/4 final

Məhəmmədrəsul Məcidov – Nurlan Saparbay (Qazaxıstan)

13 may

52 kq

1/8 final

Məsud Yusifzadə – Ömər Koç (Türkiyə)

75 kq

1/8 final

Kamran Şahsuvarlı – Desmond Amsterdam (Qayana)

81 kq

1/8 final

Rauf Rəhimov – Hafidz Adli Mohd (Malayziya)

14 may

60 kq

1/4 final

Cavid Çələbiyev – Yoel Volliamson (Qayana) / Hakan Doğan (Türkiyə)

69 kq

1/8 final

Tamerlan Abdullayev – Muhemmetmirat Sahedov (Türkmənistan)

91 kq

1/4 final

Teymur Məmmədov – Sardorbek Beqaliyev (Özbəkistan)

15 may

49 kq

1/4 final

Rüfət Hüseynov - Tolqahan Öztürk (Türkiyə) / Omid Əhmadisafa (İran)

56 kq

1/4 final

Tayfur Əliyev – Taoufik Kaçfi (Mərakeş)

16 may

64 kq

1/4 final

Elvin İsayev – Aliyor Noraliyov (Özbəkistan)

Bütün xəbərlər Facebook səhifəmizdə