"Bakı-2017" IV İslam Həmrəyliyi Oyunlarının voleybol yarışının birinci günündə Türkiyənin və Türkmənistanın kişi idmançıları qarşılaşıblar. SİA-nın məlumatına görə, görüşdə üstün oyun nümayiş etdirən Türkiyə voleybolçuları hər üç seti qələbə ilə başa vurublar. Yarışın əsas favoritlərindən olan Türkiyə yığması setləri 25:16, 25:14 və 25:22 hesabı ilə üstün bitirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB