"Türkiyə ilə oyuna həm fiziki, həm də psixoloji cəhətdən hazırıq. Çox çətin görüş olacaq. Hər iki komandanın Kamerunla qarşılaşması eyni məcrada keçdi. Türkiyə ilə eyni səviyyədə olduğumuzu düşünürəm". SİA-nın məlumatına görə, bunu "Bakı-2017" IV İslam Həmrəyliyi Oyunlarında mübarizə aparan həndbol üzrə qadınlardan ibarət Azərbaycan milli komandasının kapitanı Marina Tankaskaya deyib.
O qeyd edib ki, bu gün Azərbaycan millisini Türkiyə ilə maraqlı matç gözləyir: "Burda psixoloji hazırlıq əsas rol oynayacaq. Oyuna maksimum dərəcədə köklənməyə çalışacağıq. Sabah qalib gəlib, yarımfinalda yenidən Özbəkistanla qarşılaşmaq istərdik. Çünki Kamerun çox güclü komandadır. Ümid edirəm ki, Türkiyə yığmasına qalib gələcəyik. Yeliz Özəl ilə eyni klubda çıxış edirik. Yüksək səviyyəli oyunçudur. Fikrimcə, xüsusən onu nəzarətdə saxlamalıyıq. Yeni oyunçularımız artıq komandaya uyğunlaşıb".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB