"Bakı-2017": Həndbol yarışının qrup mərhələsinin son oyunları başlayıb
"Sərhədçi" İdman Olimpiya Mərkəzində "Bakı-2017" IV İslam Həmrəyliyi Oyunlarının həndbol yarışının qrup mərhələsinin sonuncu turunun oyunları başlayıb. SİA-nın məlumatına görə, günün açılış matçı kişilərin yarışında "B" qrupunda qərarlaşan Mərakeş və İraq komandaları arasında keçirilir. Qrupun digər oyununda isə İordaniya və Türkiyə həndbolçuları üz-üzə gələcəklər.
"A" qrupunda Səudiyyə Ərəbistanı-Pakistan, Azərbaycan-Əlcəzair qarşılaşmaları oynanılacaq.
Qadınların yarışında azarkeşlər maraqlı mübarizənin şahidi olacaqlar. Turun mərkəzi qarşılaşması keçirdikləri hər iki oyunda qalib gələn Azərbaycan və Türkiyə təmsilçiləri arasında baş tutacaq. Digər oyunda isə Özbəkistan və Kamerun həndbolçuları ilk qələbələrini qazanmaq üçün yarışacaqlar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB