"Barselona"da baş məşqçi vəzifəsinə əsas namizədlər müəyyənləşib. İspaniya mətbuatının yazdığına görə, bunlar Ernesto Valverde ("Atletik" Bilbao), Ronald Kuman ("Everton") və Filipp Kokudur (PSV). E.Valverdenin Bilbao klubu ilə müqaviləsi bu mövsümün sonu başa çatacağı üçün onun əsas namizəd olduğu bildirilir.
Qeyd edək ki, "Barsa"nın yeni baş məşqçisi vəzifəsinə digər namizəd isə komandanın hazırkı çalışdırıcısı Luis Enrikenin köməkçisi Xuan Karlos Unzue idi. Ancaq məşqlərin birində onunla Neymar arasında mübahisə yarandığı üçün klub rəhbərliyi X.K.Unzuenin adını namizədlər arasından çıxardıb. Xatırladaq ki, L.Enrike bu mövsümün sonu "Barselona"da ayrılacağı açıqlayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB