"Bakı-2017": Türkiyənin qadın həndbolçuları Kameruna qalib gəlib

"Bakı-2017": Türkiyənin qadın həndbolçuları Kameruna qalib gəlib

IV İslam Həmrəyliyi Oyunlarında qadın həndbolçuların yarışında günün ilk qarşılaşması Türkiyə və Kamerun yığma komandaları arasında keçirilib. SİA-nın məlumatına görə, "Sərhədçi" İdman Olimpiya Mərkəzində keçirilən görüşün ilk hissəsi Türkiyə təmsilçisinin 19:16 hesablı üstünlüyü ilə başa çatıb. Qarşılaşmanın ikinci hissəsində kamerunlu həndbolçular 15:14 hesabı ilə qalib gəlsələr də, ümumi hesabda qardaş ölkə idmançıları qələbə qazanıblar - 33:31. Bununla da türkiyəli həndbolçular İslamiadada ikinci qələbələrini əldə ediblər.

İkinci hissənin sonuna yaxın kamerunlu həndbolçu Ebanqa Baboqa Paola Sirielle qırmızı kart alaraq oyundan kənərlaşdırılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə