Şabranda mini-futbol üzrə rayon birinciliyi keçirilib

Şabranda mini-futbol üzrə rayon birinciliyi keçirilib

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü münasibətilə Şabran şəhəri Bayraq meydanında yerləşən süni örtüklü mini-stadionda 2002 və 2003-cü il təvəllüdlü yeniyetmələr arasında mini-futbol üzrə rayon birinciliyi keçirilib. Ümumilikdə 8 rayon komandasının mübarizə apardığı yarışın final mərhələsi isə, mayın 9-da keçirilib. Final oyununda rayonun "Babək" və "Çıraqqala" komandaları mübarizə aparıblar.Şabran rayon Gənclər və İdman İdarəsi adlı şəxsin şəkli.

Gərgin və maraqlı keçən qarşılaşmada "Babək" komandası "Çıraqqala" komandasını "5-3" hesabı ilə məğlub edərək rayon birinciliyinin qalibi adını qazanıb.
Sonda Şabran Rayon İcra Hakimiyyətinin başçısı Novruz Novruzov qalib komandaları diplom, medal və kubokla mükafatlandırıb.

Bütün xəbərlər Facebook səhifəmizdə