“Bakı-2017”: Türkiyənin kişi həndbolçuları 2-ci qələbələrini qazandılar
"Bakı-2017" IV İslam Həmrəyliyi Oyunlarının həndbol yarışlarının "B" qrupunda kişilərdən ibarət Türkiyə milli komandası İraq yığması ilə qarşılaşıb. SİA-nın məlumatına görə, Türkiyə komandası matçın əvvəlində hesabda geridə olsa da, ikinci hissədə əzmkar oyun nümayiş etdirərək 35:33 hesabı ilə qalib gəlib.
Qeyd edək ki, bu, Türkiyə millisinin "Bakı-2017"də ikinci qələbəsi olub. Qardaş ölkənin yığması dünən Mərakeş komandasını məğlub etmişdi.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB