Baş məşqçi: “Bakı-2017”nin təşkilatçılığı Olimpiya Oyunlarını xatırladır” MÜSAHİBƏ

Baş məşqçi: “Bakı-2017”nin təşkilatçılığı Olimpiya Oyunlarını xatırladır” MÜSAHİBƏ

"Bakı-2017" IV İslam Həmrəyliyi Oyunlarında mübarizə aparan həndbol üzrə kişilərdən ibarət Əlcəzair yığma komandasının baş məşqçisi Rabah Qherbinin SİA-ya müsahibəsi:

- Dünən komandanız məğlub oldu, bu gün isə böyük üstünlüklə qalib gəldi. Nəticələr haqda nə deyə bilərsiniz?

- Dünən Səudiyyə Ərəbistanı yığmasına məğlub olduq. Məğlubiyyətimizi oyunçuların matça qədər saat və havaya adaptasiya ola bilməməsi ilə əlaqələndirirəm. Dünənki oyun saatı bizim ölkəmizdə gecə saat 04:00-a düşür. Həmin qarşılaşmadan sonra cəmi 24 saatımız var idi. Biz komandanın oyununda nə isə dəyişdirə bilməzdik. Bu gün Pakistan yığması ilə oyunuz rahat oldu. Rəqib üzərdində böyük hesabla qələbə qazandıq.

- Mütəxəssislər Əlcəzair komandasını güclü heyətlər siyahısında görürlər. Siz "Bakı-2017"də hansı nəticələrə ümid edirsiniz?

- Çalışacağıq ki, səhvlərimiz üzərində işləyək, düzəlişlər edək. Daha yaxşı nəticələr əldə etmək istəyirik. Nəticə isə hər oyundan sonra bilinir. Öncədən nəticələr haqda danışmaq düzgün deyil. Amma uğurlu çıxış etmək üçün əlimizdən gələni edəcəyik.

- Azərbaycan yığması ilə oyun haqda nə düşünürsünüz?

- Azərbaycanla oynamaq çətin olacaq. Dünən komada ilə iclas keçirdiyimiz üçün Azərbaycanın oyununu izləyə bilmədik. Ancaq yığmanızın qarşılaşmalarını təhlil edəcəyik. Azərbaycan ev sahibi komanda olduğu üçün azarkeş dəstəyi güclü olacaq. Komandanız bu cəhətdən üstündür.

- "Bakı-2017"nin təşkilatçılığını necə qiymətləndirirsiniz?

- Biz çox mötəbər beynəlxalq yarışlar, dünya və Avropa çempionatlarında olmuşuq. Azərbaycanda keçirilən "Bakı-2017" IV İslam Həmrəyliyi Oyunlarının təşkilatçılığı Olimpiya Oyunlarını xatırladır. Burada təhlükəsizlik, idmançılar, nümayəndə heyətləri üçün yaradılan şərait çox gözəl və peşəkardır.

Bütün xəbərlər Facebook səhifəmizdə