Kamerunlu idmançı: "Maksimum sayda medallar qazanmaq niyyətindəyəm" AÇIQLAMA
"Mən bütün imkanlarımdan istifadə edərək maksimum sayda medallar qazanmaq niyyətindəyəm". SİA-nın məlumatına görə, bunu "Bakı-2017" IV İslam Həmrəyliyi Oyunlarının uzununa və üçqat tullanma yarışlarında mübarizə aparacaq Kamerun yığma komandasının üzvü Joelle Sandrin Mbumi deyib.
O bildirib ki, Kamerun yığmasının "Bakı-2017"də uğur qazanmaq üçün böyük şansı var: "Biz Bakıda keçirilən IV İslam Həmrəyliyi Oyunlarına qətiyyətlə hazırlaşmışıq. "Bakı-2017"də keçirilən yarışlar heç də asan olmayacaq. Oyunlarda ən yaxşı idmançılar iştirak edir. Burada adətən rəqabət apardığım qızlar və həmçinin, Afrikanın məğlubedilməz çempionları mübarizə aparacaqlar. Bu, çox çətin tapşırıq olacaq. Ancaq uğur qazanmaq üçün bütün gücümüzdən istifadə edəcəyik.
Qeyd edək ki, 30 yaşlı idmançı 2016-cı il Afrika çempionatlarında gümüş medallar qazanıb. O, 2016-cı il Olimpiya Oyunlarında üçqat tullanma yarışlarında ölkəsini təmsil edib. Joelle Sandrin Mbuminin üç qat və uzununa tullanma üzrə (14.16 və 6.42 metr) əldə etdiyi uğurlar qızıl medala gedən yolda ölkəsinin şanslarını daha da artırır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB