Dzemaili karyerasını ABŞ-da davam etdirəcək

Dzemaili karyerasını ABŞ-da davam etdirəcək

İtaliyanın "Balonya" klubunun futbolçusu Blerim Dzemaili karyerasını ABŞ-da davam etdirəcək. Qol.az-ın xəbərinə görə, isveçrəli futbolçu icarə əsasında "Montreal İmpakt" klubuna transfer olunub. MLS klubu yarımmüdafiəçinin bugünlərdə tibbi müayinədən keçəcəyini açıqlayıb.

Qeyd edək ki, 2014-2016-cı illərdə "Qalatasaray"da da çıxış etmiş futbolçu bu mövsüm A Seriada 31 oyuna 8 qol vurub və 3 məhsuldar ötürmə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə