“Bakı-2017”: Kişi həndbolçularımızdan uğurlu start

“Bakı-2017”: Kişi həndbolçularımızdan uğurlu start

Kişi həndbolçulardan ibarət Azərbaycan milli komandası "Bakı-2017" IV İslam Həmrəyliyi Oyunlarında keçirdiyi ilk matçda qələbə qazanıb.
SİA-nın məlumatına görə, "A" qrupunda yer alan yığmamız Pakistan həndbolçuları ilə üz-üzə gəlib və rəqiblərini 43:36 hesabı ilə məğlub edib.
"Sərhədçi" Olimpiya İdman Mərkəzində keçirilən və iraqlı hakimlər briqadasının idarə etdiyi görüşün ilk hissəsi millimizin xeyrinə yekunlaşıb - 20:15 . Matçın ikinci hissəsində də rəqibindən birbaşa üstün olan təmsilçilərimiz 23:21 hesabı ilə qələbə qazanıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə