Bu gün "Bakı-2017" IV İslam Həmrəyliyi Oyunlarında kişilər arasında həndbol yarışının "B" qrupu çərçivəsində keçirilən ilk matçda Türkiyə milli komandası ilə Mərakeş yığması qarşılaşıb. SİA-nın məlumatına görə, maraqlı və gərgin idman mübarizəsi şəraitində keçən qarşılaşma 27:24 hesabı ilə Türkiyə yığmasının xeyrinə başa çatıb.
Hər iki komanda matçın son dəqiqələrini azlıqda keçirib. Görüşün 24-cü dəqiqəsində türkiyəli Pektaş Alp Eren, iki dəqiqə sonra isə mərakeşli İsmaili Alaoui Mehdi oyundan kənarlaşdırılıblar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB