Azərbaycanlı hakim İslamiadaya təyinat alıb

Azərbaycanlı hakim İslamiadaya təyinat alıb

Mayın 12-22-də Bakıda IV İslam Həmrəyliyi Oyunları çərçivəsində keçiriləcək boks yarışlarını idarə edəcək hakimlərin siyahısı müəyyənləşib. SİA-nın məlumatına görə, "Bakı Kristal Zal"da baş tutacaq döyüşlərə 27 ədalət təmsilçisi təyinat alıb.

Bu siyahıda azərbaycanlı referi də var. Mayın 12-18-də keçiriləcək kişi boksçuların mübarizəsi zamanı Mehman Mürsəlov ədaləti qoruyacaq hakimlərdən biri olacaq.

Qeyd edək ki, yığmamızın üzvləri İslamiadada 10 çəki dərəcəsinin hamısında rinqə çıxacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə