İran polisi Lionel Messinin oxşarını həbs edib

İran polisi Lionel Messinin oxşarını həbs edib

İran polisi "Barselona" klubunun argentinalı hücumçusu Lionel Messinin oxşarı kimi tanınan Rza Parasteşi saxlayıb. BBC-nin yaydığı xəbərə görə, hadisə Həmədan şəhərində qeydə alınıb. 25 yaşlı tələbə ilə şəkil çəkdirmək istəyənlərin sayı olduqca çox olduğundan, polis bunu ictimai asayişin pozulması kimi qiymətləndirib. Polis Messinin oxşarını avtomobili ilə birgə şöbəyə gətirib. Rza Parasteşi bir neçə ay bundan əvvəl "Barselona" formasındakı şəkilini İnternetdə yerləşdirdikdən sonra dünyada məşhurlaşıb.

Bütün xəbərlər Facebook səhifəmizdə