Pablo Zabaleta yayda "Mançester Siti"dən ayrılacaq

Pablo Zabaleta yayda "Mançester Siti"dən ayrılacaq

"Mançester Siti"nin futbolçusu Pablo Zabaleta yayda komandadan ayrılacaq. Bu barədə Britaniya mətbuatı xəbər yayıb. Bildirilir ki, son vaxtlar heyətə düşməyə çətinlik çəkən argentinalı müdafiəçi özü də klubunu dəyişmək istəyir. Qeyd edək ki, 32 yaşlı futbolçu 2008-ci ildən "Mançester Siti"də çıxış edir.

Bütün xəbərlər Facebook səhifəmizdə