"Çelsi"nin futbolçusu İngiltərədə cari mövsümün ən yaxşı oyunçusu seçilib
"Çelsi"nin yarımmüdafiəçisi Nqolo Kante növbəti mükafata sahib çıxıb. Belə ki, "BBC"nin idman jurnalistləri arasında keçirdiyi səsvermənin yekun nəticəsinə əsasən, o, İngiltərədə cari mövsümün ən yaxşı oyunçusu seçilib. Fransalı futbolçu səsvermədə komanda yoldaşı Eden Azar və Dele Allini ("Tottenhem") qabaqlayıb.
Qeyd edək ki, N.Kante bundan əvvəl İngiltərə Peşəkar Futbolçular Assosiasiyasının peşəkar futbolçular və Futbolçuların Həmkarlar İttifaqının üzvləri arasında keçirdiyi sorğuda cari mövsümün ən yaxşı oyunçusu seçilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB