IV İslam Həmrəyliyi Oyunlarına bu gün Bakıda keçiriləcək futbol yarışları ilə start verilib. Qol.az-ın məlumatına görə, açılış matçı Səudiyyə Ərəbistanı və Mərakeşin 23 yaşadək futbolçulardan ibarət komandaları arasında olub. Oyun Afrika təmsilçisinin 1:0 hesablı qələbəsi ilə başa çatıb.
Günün ikinci oyununda Türkiyə Əlcəzairə uduzub - 1:2. Digər görüşdə Fələstin Omanla qarşılaşıb. Oyun 2:2 hesablı bərabərliklə başa çatıb.
A qrupunda yer Azərbaycan milli komandası isə ilk görüşdə Kamerun yığması ilə üz-üzə gəlib. "Bayıl Arena"da keçirilən oyun qolsuz bərabərliklə başa çatıb.
Qeyd edək ki, IV İslam Həmrəyliyi Oyunlarının açılış mərasimi mayın 12-də keçiriləcək. 56 ölkənin və İslam Həmrəyliyi İdman Federasiyasının (İHİF) bayrağı altında çıxış edəcək idmançılar 20 növ üzrə 269 medal dəsti uğrunda mübarizə aparacaqlar.
8 may
Futbol
A qrupu
18:30. Azərbaycan - Kamerun - 0:0
Azərbaycan: 1. Şahruddin Məhəmmədəliyev, 2. Rahil Məmmədov, 5. Sadiq Quliyev, 6. Rəşad Sadiqov, 9. Ağabala Ramazanov, 11. Mahir Mədətov, 15. Ruslan Abışov (k), 17. Mirabdulla Abbasov ( 8. Elşən Abdullayev, 45), 19 Məqsəd İsayev, 20. Azər Salahlı, 21. Vüqar Mustafayev (7. Coşqun Diniyev, 76)
"Bayıl Arena"
Ehtiyat oyunçular: 12. Tərlan Əhmədli, 22. Emil Balayev, 3. Azad Kərimov, 4. Adil Nağıyev, 10. Orxan Əliyev, 13. Elnur Cəfərov, 14. Yusif Nəbiyev, 16. Elvin Camalov, 18. Tellur Mütəllimov, 23. Fəhmin Muradbəyli
10:30. Səudiyyə Ərəbistanı - Mərakeş - 0:1
"Azal Arena"
B qrupu
12:30. Əlcəzair - Türkiyə - 2:1
"Bayıl Arena"
16:30. Fələstin - Oman - 2:2
"Azal Arena"
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB