“Bakı-2017”: Əlcəzair millisi Türkiyə yığmasına qalib gəlib

“Bakı-2017”: Əlcəzair millisi Türkiyə yığmasına qalib gəlib

"Bakı-2017" IV İslam Həmrəyliyi Oyunlarının futbol yarışları davam edir. SİA-nın məlumatına görə, turnirin "B" qrupu çərçivəsində Türkiyə millisi Əlcəzair yığması ilə qarşılaşıb. Oyun Əlcəzair millisinin qələbəsi ilə başa çatıb.
Azərbaycanlı hakimlər briqadasının idarə etdiyi oyunun ilk hissəsində Türkiyə millisi hesabı açıb. Matçın 38-ci dəqiqəsində Onur Eris fərqlənib.
Oyunun 78-ci dəqiqəsində əlcəzairli futbolçu Fərid Əl Məlali hesabı bərabərləşdirib. Görüşün son dəqiqəsində Türkiyə millisinin qapısına təyin olunmuş penalti zərbəsini dəqiq yerinə yetirən Ahmed Qaqqa Əlcəzair millisinin 2:1 hesablı qələbəsini rəsmiləşdirib.

Bütün xəbərlər Facebook səhifəmizdə