"Bursaspor"un futbolçusu Dəniz Yılmaz növbəti dəfə əsas komandadan uzaqlaşdırılıb. SİA-nın məlumatına görə, buna cari mövsüm qeyri-sabit çıxışı ilə seçilən millimizin hücumçusunun intizamsız hərəkəti səbəb olub. 29 yaşlı oyunçu "Çaykur Rizəspor" matçı üçün Rizəyə getmək istəməyib. Məhz bu səbəbən komandanın baş məşqçisi Mutlu Toplu onu qeyri-müəyyən müddətədə heyətdən uzaqlaşdırıb.
Qeyd edək ki, D.Yılmaz bundan əvvəl fevral ayında da komandadan qovulmuşdu və 5 gündən sonra bağışlanmışdı.
Əlavə edək ki, D.Yılmazın "Bursaspor"dan ayrılacağı xəbərləri yayılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB