Maradona baş məşqçi kimi yenidən futbola qayıdıb

Maradona baş məşqçi kimi yenidən futbola qayıdıb

Dieqo Maradona uzun müddət sonra yenidən baş məşqçi kimi çalışacaq. Apasport.az saytının məlumatına görə, argentinalı əfsanə Birləşmiş Ərəb Əmirlikləri 2-ci liqasında yarışan "Fujairah Sports Club"a təyin olunub. Xarici mətbuatda gedən xəbərlərə görə, onunla 1 illik müqavilə imzalanacaq.

Qeyd edək ki, sonuncu dəfə 2011/12 mövsümündə BƏƏ-nin "Əl-Vəsl" komandasında işləmiş Maradona 5 il sonra yenidən iş başında olacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə