“Arsenal” “Mançester Yunayted”i məğlub edib

“Arsenal” “Mançester Yunayted”i məğlub edib

İngiltərə Premyer Liqasında 35-ci tur çərçivəsində maraqlı qarşılaşma keçirilib. Dünən günün sonuncu oyununda "Arsenal" "Mançester Yunayted"i qəbul edib və 2:0 hesabı ilə qələbə qazanıb.

"Arsenal" – "Mançester Yunayted" – 2:0
Qollar: Qranit Caka, 54, Denni Uelbek, 57

35 turdan sonra "Mançester Yunayted" 65 xalla 5-ci, "Arsenal" 63 xalla 6-cı yeri tutur. Lider "Çelsi"nin 34 oyundan 81 xalı var. Tura bu gün keçiriləcək "Çelsi" – "Midlsbro" matçı ilə yekun vurulacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə