Kiril Pozdnyakov: “Tour d’Azerbaidjan-2017”də qələbə qazanmağım mənim üçün böyük məna daşıyır"
Ümummilli Lider Heydər Əliyevin 94-cü ildönümünə həsr olunmuş "Tour d’Azerbaidjan-2017" beynəlxalq velosiped turu başa çatdıqdan sonra qalib idmançılar mətbuat konfransında iştirak ediblər.
SİA-nın məlumatına görə, ilk olaraq son mərhələnin qalibi İsralin "İsrael Cycling Academy" komandasının üzvü Neilands Krists qələbəsini şərh edib: "Bu gün mərhələyə başlayanda sprinterdə qalib olmağı planlaşdırmışdıq. Sonuncu mərhələ 5 dairədən ibarətdir. İkinci dairəyə başlayanda özünü çox yaxşı hiss edirdim. Ayaqlarımda güc var idi, ona görə də birincilik əldə etdim".
Son mərhələnin ən yaxşı sprinteri ABŞ-ın "Team İlluminate" klubunun üzvü Edvin Avila bur il ikininci dəfə yaşıl maykaya sahib olduğunu, buna görə sevindiyini bildirib.
Beşinci mərhələnin ən yaxşı gənc velosipedçisi Fransanın "Delko Marseille Provence Ktm" klubunun üzvü Salazar Rodriges qarşıda daha böyük uğurlara imza atacağını qeyd edib: "Hələ gəncəm. Bilirəm ki qarşıda məni böyük nailiyyətlər gözləyir. Komandam üçün yaxşı nəticədir, ancaq zirvəyə çatmaq üçün daha çox mübarizə aparmaq lazımdır".
"Tour d’Azerbaidjan-2017"nin ümumi təsnifatda qalibi, son mərhələnin ən yaxşı dağ və yarışın ən yaxşı azərbaycanlı velosipedçisi Azərbaycanın Elit yığması və "Synergy Baku" kontinental klubunun üzvü Kiril Pozdnyakov qələbəsinin böyük mahiyyət kəsb etdiyini vurğulayıb: "Tour d’Azerbaidjan-2017"də qələbə qazanmağım mənim üçün böyük məna daşıyır. İlk növbədə ona görə ki, bu yarış ölkəmizdə təşkil olunur. Qələbə tək idmançının deyil, komandanın birgə səyləri nəticəsində əldə olunur. Bakı-İsmayıllı mərhələsində böyük fərqlə qalib gəlməyim, mənə imkan yaratdı ki, xüsusilə son gün daha rahat çıxış edim. Bilirdim ki, böyük fərq var, ona görə rahat yarışırdım. Yaxın gələcəkdə Sloveniya və Slovakiyada yarışlara qatılacağıq. Güclü komandamız var. Özüm də yaxşı formadayam. Çalışacağıq ki, yaxşı nəticələrə imza ataq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB