Ümummilli Lider Heydər Əliyevin 94-cü ildönümünə həsr olunmuş "Tour d’Azerbaidjan-2017" beynəlxalq velosiped turu başa çatıb. SİA-nın məlumatına görə, veloturun qalibi Azərbaycanın Elit yığması və "Synergy Baku" kontinental klubunun üzvü Kiril Pozdnyakov olub. İdmançımız həmçinin son mərhələnin ən yaxşı dağ və yarışın ən yaxşı azərbaycanlı velosipedçisi köynəyinə yiyələnib.
Qeyd edək ki, K.Pozdnyakov veloturun 2-ci -186,5 km-lik Bakı-İsmayıllı mərhələsində də hamını qabaqlamaqla qalibiyyət sevinci yaşayıb. O, bu mərhələdə həmçinin ən yaxşı sprinter köynəyinə sahib olub. 3-cü mərhələdə də (Qəbələ-Oğuz-Şəki-Oğuz-Qəbələ-177 km) ümumi təsnifatda liderliyini qoruyan idmançımız, 4-cü yarış günündə (Qəbələ-İsmayıllı-Ağsu-Pirqulu - 164 km) bu uğrunu davam etdirməklə yanaşı, həm də ən yaxşı dağ velosipedçisi olub.
Beşinci mərhələdə birinciliyi isə İsralin "İsrael Cycling Academy" komandasının üzvü Neilands Krists bayram edib.
Xatırladaq, "Tour d’Azerbaidjan-2017" veloturunda 18 ölkədən 22 komanda mübarizə aparıb. Onlardan 6-sı peşəkar kontinental, "Synergy Baku" da daxil olmaqla 16-sı kontinental kollektivdir. İştirakçılar 1-ci mərhələdə Bakı-Sumaqyıt (150 km), 2-ci mərhələdə Bakı-İsmayıllı (187 km), 3-cü mərhələdə Qəbələ-Şəki-Qəbələ (177 km), 4-cü mərhələdə Qəbələ-Ağsu-Pirqulu (164 km) və sonuncu mərhələdə Bakı-Abşeron- Bakı (158 km) marşrutu üzrə ümumilikdə 836 km məsafə qət ediblər. Əvvəlki illərdən fərqli olaraq bu il turun 4-cü mərhələsinə Ağsu dolayları da əlavə edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB