Ümummilli Lider Heydər Əliyevin 94-cü ildönümünə həsr olunmuş "Tour d’Azerbaidjan-2017" beynəlxalq velosiped turunun sonuncu mərhələsinə start verilib. SİA-nın məlumatına görə, velosipedçilər bu mərhələdə Azadlıq meydanından başlamaqla Bakı-Abşeron- Bakı marşrutu ilə hərəkət edirlər. İştirakçılar son yarış günündə 158 km məsafə qət edəcəklər.
Onların saat 14:00-da Azadlıq meydanında finiş xəttinə çatmaları planlaşdırlır. Bu mərhələdən sonra yarışın qalibinin adına aydınlıq gələcək.
Xatırladaq ki, son mərhələyədək yarışın ümumi təsnifatının lideri Azərbaycanın Elit yığması və "Synergy Baku" kontinental klubunun üzvü Kiril Pozdnyakovdur.
Qeyd edək ki, idmançımız həmçinin veloturun 2-ci -186,5 km-lik Bakı-İsmayıllı mərhələsində hamını qabaqlamaqla qalibiyyət sevinci yaşayıb. O, bu mərhələdə həmçinin ən yaxşı sprinter köynəyinə sahib olub. 3-cü mərhələdə də (Qəbələ-Oğuz-Şəki-Oğuz-Qəbələ-177 km) ümumi təsnifatda liderliyini qoruyan idmançımız, 4-cü yarış günündə (Qəbələ-İsmayıllı-Ağsu-Pirqulu - 164 km) bu uğrunu davam etdirməklə yanaşı, həm də ən yaxşı dağ velosipedçisi olub.
Qeyd edək ki, "Tour d’Azerbaidjan-2017"də 18 ölkənin 22 komandası mübarizə aparır.
Elgün Vidadioğlu



.jpg)





Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB