“AS” nəşri “Qarabağ”ın kubok qazanmasından yazır

“AS” nəşri “Qarabağ”ın kubok qazanmasından yazır

İspaniyanın "AS" idman qəzetində "Madera, Kintana və Selles Azərbaycanda dubla nail oldular" sərlövhəli yazı dərc edilib. Məqalədə bildirilir ki, ispaniyalı futbolçular Dani Kintana, Miçel Madera və məşqçi Ruben Selles "Qarabağ" futbol klubunun heyətində bir neçə gün əvvəl Azərbaycan çempionluğunu qazanmışdılar. Bu dəfə isə Azərbaycan kubokunu qazanan "Qarabağ" klubunun futbolçuları qızıl dubla nail olublar.

Yazıda Azərbaycan kubokunun finalında "Qarabağ"-"Qəbələ" matçı haqqında ətraflı məlumat verilir.(AZƏRTAC)

Bütün xəbərlər Facebook səhifəmizdə