"Maraqlı oyun oldu. Final matçının Naxçıvanda keçirilməsi oyuna əlavə gözəllik qatdı". Qol.az-ın xəbərinə görə, bu sözləri "Səbail"in Müşahidə Şurasının sabiq sədri Rəşad Abdullayev Azərbaycan kubokunun finalında keçirilən "Qarabağ" - "Qəbələ" oyunundan (2:0) sonra jurnalistlərə müsahibəsində deyib. AFFA prezidenti Rövnəq Abdullayevin oğlu matçın Naxçıvanda keçirilməsini müsbət qiymətləndirib: "Naxçıvanda futbolun canlanması lazım idi. Hər iki tərəf gözəl oyun nümayiş etdirdi. Azərbaycanın iki güclü klubu qarşılaşırdı.
R.Abdullayev "Səbail"dən ayrılması ilə bağlı qısa danışıb: "Yeni Müşahidə Şurasının tərkibi məlum deyil. Hər zaman "Səbail"in yanında olacam. Bu klubda təcrübə qazandım.Mən futbolu çox sevirəm. Təəssüf ki, ayrılmaq məcburiyyətində qaldım. R.Abdullayev "Səbail"in perspektivinə inandığını qeyd edib: "Səbail"in gələcəyi uğurlu görünür. Ümid edirəm ki, "Səbail" də yaxşı yerlərə gəlib çıxacaq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB