Ümummilli Lider Heydər Əliyevin 94-cü ildönümünə həsr olunmuş "Tour d’Azerbaidjan-2017" beynəlxalq velosiped yarışının 4-cü mərhələsinə yekun vurulub. SİA-nın məlumatına görə, 2.1 kateqoriyalı yarışın bu mərhələsi Qəbələ rayon İcra Hakimiyyətinin qarşısından start götürüb. İştirakçılar İsmayıllı - Ağsu - Şamaxı - Pirqulu marşrutu üzrə 164 km məsafə qət ediblər. Ötən illə müqayisədə bu dəfə Ağsu dolayları da marşruta əlavə edilib.
Mərhələnin qalibi ABŞ-ın "Team İlluminate" komandasının kolumbiyalı üzvü Edvin Avila olub. Azərbaycanın Elit yığması və "Synergy Baku" kontinental klubunun üzvü Kiril Pozdnyakov isə bu mərhələnin ən yaxşı dağ velosipedçisi köynəyinin sahibi olub. O, həm də yarışın ümumi təsnifatında liderliyini qoruyub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB