Ümummilli Lider Heydər Əliyevin 94-cü ildönümünə həsr olunmuş "Tour d’Azerbaidjan-2017" beynəlxalq velosiped turunun 4-cü mərhələsi başlayıb. SİA-nın məlumatına görə, velosipedçilər bu mərhələdə Qəbələ-İsmayıllı-Ağsu-Pirqulu marşrutu ilə 164 km məsafə qət edəcəklər. İştirakçıların saat 13:40-da finişə çatmaları nəzərdə tutulub.
Qeyd edək ki, Azərbaycanın Elit yığması və "Synergy Baku" kontinental klubunun üzvü Kiril Pozdnyakov ümumi təsnifatda liderdir.
O, həm də veloturun 2-ci -186,5 km-lik Bakı-İsmayıllı mərhələsində hamını qabaqlamaqla qalibiyyət sevinci yaşayıb.
Yarışın sonuncu mərhələsində velosipedçilər Bakı-Abşeron- Bakı marşrutu ilə158 km yol qət edəcəklər.
"Tour d’Azerbaidjan-2017"də 18 ölkənin 22 komandası mübarizə aparır. Əvvəlki illərdən fərqli olaraq bu il turun 4-cü mərhələsinə Ağsu dolayları da əlavə edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB