"Balotelli Ronaldo səviyyəsində deyilsə, günah özündədir”

"Balotelli Ronaldo səviyyəsində deyilsə, günah özündədir”

İtaliyalı baş məşqçi Roberto Mançini sabiq futbolçusu Mario Balotelli haqda danışıb. İtaliya mətbuatına açıqlama verən 52 yaşlı çalışdırıcı "İnter"də birlikdə çalışdığı Balotellinin Kriştiano Ronaldonun potensialına sahib olduğunu, ancaq onun səviyyəsinə çata bilmədiyini deyib:

"Balotelli yaxşı insandır. Amma hissləriylə hərəkət edir. Nə qədər çox istedadınız olsa belə, ağlınızla hərəkət etməsəniz, uğur qazana bilməzsiniz. Mən onu ilk dəfə görəndə Ronaldonun potensialına sahib olduğunu demişdim. Hazırda Ronaldo səviyyəsində deyilsə, günah özündədir".

Qeyd edək ki, R. Mançini ilk olaraq 2004-2009, daha sonra 2014-2016-cı illərdə "İnter"i çalışdırıb.

Bütün xəbərlər Facebook səhifəmizdə