"Barselona"nın futbolçusu Lionel Messi Kataloniya klubunun ona təklif etdiyi yeni müqaviləni rədd edib. Qol.az-ın "AS" qəzetinə istinadən yaydığı xəbərə görə, argentinalı hücumçu ilinə 35 milyon avro qazanacağı təklifi müsbət cavablandırmayıb.
"Barsa"nın L.Messi üçün yeni müqavilə üzərində işlədiyi bildirilib. Yaxın həftələrdə tərəflər arasında razılıq əldə olunacağı gözlənilir. Onunla 5 illik yeni müqavilə imzalanacağı iddia edilir. Qeyd edək ki, L.Messinin Kataloniya klubu ilə hazırkı müqaviləsi 2018-ci ilin yayında başa çatır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB