"Qarabağ" klubu Azərbaycan Kubokunda 2016/2017 mövsümünün qalibi olub. SİA-nın məlumatıa görə, Qurban Qurbanovun komandası həlledici görüşdə "Qəbələ" ilə üz-üzə gəlib.
Qeyd edək ki, Kubokun final qarşılaşması ilk dəfə olaraq Naxçıvanda keçirilib.
Ardıcıl 4 ildir ölkə çempionu olan "Qarabağ" 2:0 hesabı ilə qalib gələrək növbəti dəfə "qızıl dubl" edib. Ağdam təmsilçisi bununla da ardıcıl 3-cü, ümumilikdə isə 6-cı dəfə Azərbaycan Kubokunun sahibi olub.
Onu da nəzərinizə çatdıraq ki, "Qarabağ" klubu həm ardıcıl 3-cü dəfə Kuboku qazanan, həm də üç mövsüm "qızıl dubl" edən ilk Azərbaycan komandası olub.
5 may
Azərbaycan Kuboku
Final
"Qarabağ" – "Qəbələ" - 2:0
Qol: Mahir Mədətov, 52, Ürfan Abbasov, 62-avtoqol
Naxçıvan. Şəhər stadionu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB