Kiril Pozdnyakov: “Bugünkü mərhələ rahat keçdi” AÇIQLAMA

Kiril Pozdnyakov: “Bugünkü mərhələ rahat keçdi” AÇIQLAMA

Xəbər verdiyimiz kimi, "Tour d’Azerbaidjan-2017" beynəlxalq velosiped yarışının 177 km-lik 3-cü mərhələsindən sonra Azərbaycanın Elit yığması və "Synergy Baku" kontinental klubunun üzvü Kiril Pozdnyakov ümumi təsnifatda liderliyini qoruyub. SİA-nın məlumatına görə, velosipedçi Qəbələ-Oğuz-Şəki-Oğuz-Qəbələ marşrutundan ibarət olan 3-cü mərhələdəki çıxışını belə şərh edib: "Bugünkü mərhələ dünənkinə nisbətən çox rahat keçdi. Komandama uğurlu çıxışa görə minnətdaram. Düzdür, komanda üzvlərimizlə hərdən məsafəmiz artırdı, amma bir-birimizə kömək edə bilirdik. Nəticədə ümumi təsnifatda liderliyimi qorudum".

Qeyd edək ki, "Synergy Baku"nun üzvləri Kiril Pozdnyakov və Yosip Rumaç 3-cü mərhələnin finişini ümumi pelotonda keçməklə fotofinişə əsasən 14 və 15-ci nəticə göstəriblər. Kiril Pozdnyakov dünən 2-ci mərhələnin qalibi olub.

Bütün xəbərlər Facebook səhifəmizdə