Bu gün Azərbaycan Milli Olimpiya Komitəsi (MOK) ilə Ukrayna Milli Olimpiya Komitəsi (UMOK) arasında əməkdaşlıq müqaviləsi imzalanıb. SİA-nın verdiyi məlumata görə, müqaviləni Azərbaycan tərəfdən MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə, Ukrayna tərəfidən isə Sergey Bubka imzalayıblar. Tədbirdə MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə, UMOK-un prezidenti Sergey Bubka, Ukrayna səfirliyinin nümayəndələri və KİV iştirak edib. 2017-2021-ci illəri əhatə edəcək müqavilə qarşılıqlı maraq doğuran sahələrdə idmanın inkişafına dair strategiyaları özündə əks etdirəcək. Həmçinin müqaviləyə hər iki ölkənin milli komandaları arasında yoldaşlıq yarışlarının keçirilməsi, qarşılıqlı təlim-məşq toplanışlarının təşkil olunması və s. daxildir. Çingiz Hüseynzadə deyib ki, müqavilə iki ölkə arasında idman sahəsində əməkdaşlığın inkişafına töhfə verəcək: "Artıq ikinci dəfə Milli Olimpiya Komitələri arasında imzalanan bu dostluq memorandumu qurumlar arasındakı sıx əlaqəni və idman sahəsində qarşılıqlı inkişafın göstəricisidir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB