“Tour d’Azerbaidjan-2017”nin 3-cü mərhələsi başladı FOTOLAR

“Tour d’Azerbaidjan-2017”nin 3-cü mərhələsi başladı FOTOLAR

Ümummilli Lider Heydər Əliyevin 94-cü ildönümünə həsr olunmuş "Tour d’Azerbaidjan-2017" beynəlxalq velosiped turunun 3-cü mərhələsinə start verilib. SİA-nın məlumatına görə, velosipedçilər Qəbələ-Şəki-Qəbələ marşrutu üzrə 177 km məsafə qət edəcəklər. Onlar Qəbələ İcra Hakimiyyətinin binasının qarşısında finiş xəttini keçəcəklər.

Xatırladaq ki, veloturun 2-ci -186,5 km-lik Bakı-İsmayıllı mərhələsində Azərbaycanın Elit yığması və "Synergy Baku" kontinental klubunun üzvü Kiril Pozdnyakov hamını qabaqlamaqla qalibiyyət sevinci yaşayıb.

Velosipedçilər 4-cü mərhələdə Qəbələ-Ağsu-Pirqulu (164 km) və sonuncu mərhələdə isə Bakı-Abşeron- Bakı (158 km) marşrutu üzrə hərəkət edəcəklər.

Əvvəlki illərdən fərqli olaraq bu il turun 4-cü mərhələsinə Ağsu dolayları da əlavə edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə