UEFA Avropa Liqasında yarımfinal mərhələsində ikinci oyun keçirilib. Apasport.az saytının məlumatına görə, dünən baş tutan "Ayaks" – "Lion" görüşündən (4:1) sonra "Selta" və "Mançester Yunayted" final üçün mübarizə aparıblar. Qrup mərhələsində "Ayaks"dan sonra ikinci olan La Liqa təmsilçisi daha sonra Donetsk "Şaxtyor"u (0:1, 2:0), "Krasnodar" (2:1, 2:0) və "Genk"i (3:2, 1:1) mübarizədən kənarlaşdırıb.
"Mançester Yunayted" isə A qrupunda ikinci olduqdan sonra 1/16 finalda "Sent-Etyen" (3:0, 1:0), 1/8-də "Rostov" (1:1, 1:0), 1/4-də isə "Anderlext"i (1:1, 2:1) üstələyib. "Selta" La Liqada hazırda 11-ci pillədə qərarlaşıb. Komanda Primeronun XXXV turunda öz meydanında "Atletik"ə 0:3 hesabı ilə uduzub. "Mançester Yunayted" isə Premyer Liqada 5-ci pillədədi. "Mankunianlar" İngiltərə çempionatının XXXV turunda "Suonsi" ilə heç-heçə (1:1) oynayıblar. Joze Mourinyonun komandasının uzun müddətə sıradan çıxan Zlatan İbrahimoviçsiz hansı nəticəyə imza atacağı maraqla gözlənilirdi.
Gözlənildiyi kimi isveçlinin yoxluğunda "qırmızı şeytanlar" hücumda çətinliklərlə üzləşiblər. Səfərdə oynamasına baxmayaraq, üstün tərəf olan ingilislər hesabı açmaqda çətinlik çəkiblər. Matçın taleyini isə tək qol həll edib. Markus Reşford komandasına qələbə qazandırıb. Bu nəticə ilə səfərdən üstün dönən "Mançester Yunayted" cavab qarşılaşması öncəsi finala yaxın tərəfdi.
Avropa Liqası
Yarımfinal mərhələsi, ilk oyun
4 may
"Selta" (İspaniya) – "Mançester Yunayted" (İngiltərə) - 0:1
Qol: Reşford, 67
Baş hakim: Sergey Karasyov (Rusiya)
"Selta": 1. Serxo Alvares, 2. Mallo, 6. Nemanya Radoya, 8. Pablo Hernandes, 9. Con Quidetti, 10. Yaqo Aspas, 11. Pione Sisto, 18. Daniel Vass, 19. Coni, 22. Qustavo Kabral, 24. Fakundo Ronkalya
"Mançester Yunayted": 20. Serxio Romero, 3. Erik Beyli, 6. Pol Poqba, 14. Xesse Linqard, 17. Deyli Blind, 19. Markus Reşford, 21. Ander Herrera, 22. Henrik Mxitaryan, 25. Antonio Valensiya (k), 27. Maruan Fellayni, 36. Matte Darmian
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB