Sahib Ələkbərov: “Qələbəmiz bütün dünya ictimaiyyətinin diqqətini Azərbaycana cəlb edir” AÇIQLAMA
"Tour d’Azerbaidjan-2017"nin 2-ci mərhələsi də dünənki mərhələ kimi uğurla başa çatdı. Dağlıq ərazilərin çox olduğu 187 km məsafəni idmançılarımızın hamısı heç bir problemlə üzləşmədən başa vurdular. Güclü olan velosipedçilər isə qalib gəldilər". SİA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında "Tour d’Azerbaidjan-2017" beynəlxalq velosiped turunun Təşkilat Komitəsinin sədri, Azərbaycan Velosiped İdmanı Federasiyasının (AzVİF) vitse-prezidenti, Avropa Velosipedçilər Birliyinin Rəhbər Komitəsinin üzvü Sahib Ələkbərov deyib.
O, "Synergy Baku" komandasının üzvü Kirill Pozdnyakovun "Tour d’Azerbaidjan-2017"nin 2-ci mərhələsinin qalibi olmasının sevindirici hal olduğunu vurğulayıb: "Çox yaxşı haldır ki, gənc idmançımız Kirill Pozdnyakov ikinci mərhələnin qalibi oldu. Velosipedçimiz həm lider köynəyini aldı, həm də digər mükafatlara layiq görüldü. Düşünürəm ki, bu hələ başlanğıcdır, gələcəkdə belə mükafatlar çox olacaq. Yarışın yüksək səviyyədə keçməsi üçün əmək sərf edən bütün insanlara təşəkkürümü bildirirəm".
S.Ələkbərov Azərbaycan idmançılarının bu yarışa xüsusi şəkildə hazırlaşdıqlarını bilidirib: "Ötən il bu mərhələdə Azərbaycan idmançısı Maksim Averin qalib gəlmişdi. Bu il isə Kirill Pozdnyakov birinci oldu. Hər bir mərhələ idmançılarımız üçün düşərli sayılır. Velosipedçilərimiz bu yarışa xüsusi hazırlaşırdırlar. Komandamızın üzvlərinin hamısı gənclərdən ibarətdir. Onlar özlərini göstərmək üçün əllərindən gələni edirlər. IV İslam Həmrəyliyi Oyunları ərəfəsində belə bir nəticəyə nail olmağımız bizim üçün xüsusi məna kəsb edir. Qələbəmiz bütün dünya ictimaiyyətinin diqqətini Azərbaycana cəlb edir".
AzVİF-in vitse-prezidenti "Tour d’Azerbaidjan"a dünyada kifayət qədər yüksək maraq olduğunu vurğulayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB