AÇ-2017: üçüncü gündə 1 qızıl və 1 bürünc medal şansı

AÇ-2017: üçüncü gündə 1 qızıl və 1 bürünc medal şansı

Serbiyanın Novi-Sad şəhərində güləş üzrə Avropa çempionatı davam edir. SİA-nın məlumatına görə, idmançılarımız ilk iki yarış günündə 2 qızıl, 1 gümüş və 1 bürünc medal qazanıblar. Mariya Stadnik (48 kq) və Giorgi Edişeraşvili (57 kq) qızıl, Aleksandr Qostiyev (86 kq) gümüş, Tatyana Omelçenko (60 kq) bürünc medala sahib olub.

Üçüncü yarış günündə 55 və 75 kq çəki dərəcələrində qadın, 61 və 74 kq çəki dərəcələrində isə sərbəst güləşçilər mübarizə aparırlar:

55 kq
Bürünc medal görüşü - Merima Galetin (SRB) - Alyona Kolesnik
1/2 final - Bilyana Jivkova Dudova (BUL) - Alyona Kolesnik 12:10
1/4 final - Alyona Kolesnik - Sandra Paruszevski (GER) 10:0
1/8 final - Alyona Kolesnik - Bediha Gun (TUR) 9:2 (tuşe)

61 kq
1/4 final - Əhmədnəbi Qvarzatilov - Vladimer Xinçeqaşvili (GEO) 5:9
1/8 final - Jozsef Molnar (HUN) - Əhmədnəbi Qvarzatilov 2:10

74 kq
FİNAL - Murad Süleymanov
1/2 final - Axmed Qadjımaqomedov (RUS) - Murad Süleymanov 3:5
1/4 final - Murad Süleymanov - Zalimxan Hacıyev (FRA) 10:5
1/8 final - Murad Süleymanov - Taimuraz Friev Naskidaeva (ESP) 4:1

Qeyd edək ki, Bakı vaxtı ilə saat 21:00-da başlayacaq final görüşləri AZTV və "İdman Azərbaycan" kanalından canlı yayımlanacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə