Futbol üzrə UEFA Çempionlar Liqasının yarımfinal mərhələsinin "Monako" ilə ilk oyunu (2:0) "Yuventus"un qapıçısı Canluicci Buffon üçün əlamətdar olub. Qol.az-ın məlumatına görə, 38 yaşlı qolkiper üçün bu qarşılaşma qitənin ən nüfuzlu klub turnirində 100-cü olub.
O, Turin klubunda bu göstəriciyə çatan ilk oyunçu olub. Qeyd edək ki, ÇL-də ən çox oyun keçirən qapıçı İker Kasilyasdır – 164 oyun.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB