Çempionlar Liqası: “Yuventus” finalın bir addımlığında!

Çempionlar Liqası: “Yuventus” finalın bir addımlığında!

UEFA Çempionlar Liqasının yarımfinal mərhələsinin növbəti oyunu keçirilib. "Yuventus" Fransada "Monako" ilə qarşılaşıb. Oyunda hesab 29-cu dəqiqədə açılıb. Qonzalo İquayn İtaliya klubunu hesabda önə çıxarıb. İlk hissə bu hesabla başa çatıb.

İkinci hissədə böyük qüvvə ilə hücuma atılan "Monako" qapısında ikinci qolu görüb. Argentinalı hücumçu Qonzalo İquayn 59-cu dəqiqədə meydan sahiblərini ikinci dəfə mərkəzə dəvət edib. Qarşılaşmanın qalan dəqiqələri Fransa təmsilçinin çoxsaylı hücumları ilə keçib. Lakin "Yuventus"un etibarlı müdafiə xəttini yarmaq mümkün olmayıb. Oyun İtaliya təmsilçisinin 0:2 hesablı qələbəsi ilə yekunlaşıb.

Bütün xəbərlər Facebook səhifəmizdə