Ronaldo “Atletiko”nu təkbaşına devirdi!

Ronaldo “Atletiko”nu təkbaşına devirdi!

Futbol üzrə UEFA Çempionlar Liqasında yarımfinal mərhələsi start götürüb. İlk oyun günündə Madrid derbisi baş tutub. "Real" öz meydanında "Atletiko"nu qəbul edib. Son 3 ildə bu komandalar Çempionlar Liqasının finalında 2 dəfə üz-üzə gəliblər ki, hər iki halda da "Real" kuboku başı üzərinə qaldırıb. Elə budəfə də qələbə "Real"ın olub. Het-trik etməklə gecəyə damğasını vuran Kriştiano Ronaldo "Kral klubu"nu finala yaxınlaşdırıb.

Çempionlar Liqası

Yarımfinal, ilk oyun

2 may

"Real" (İspaniya) - "Atletiko" ("İspaniya) - 3:0
Qollar:
Ronaldo, 10; 73; 86

Bütün xəbərlər Facebook səhifəmizdə