Milanın "İnter" klubu "Roma"nın futbolçusu Daniele De Rossini transfer edə bilər. Qol.az-ın İtaliya mətbuatına istinadən yaydığı xəbərə görə, klub 33 yaşlı yarımmüdafiəçiyə 2 illik müqavilə təklif edib. İtaliya millisinin sabiq üzvü bir həftə ərzində qərarını verəcək. Onun "Roma" ilə müqaviləsi mövsümün sonunda başa çatır. Qeyd edək ki, karyerası ərzində yalnız "Roma"da çıxış edən De Rossi paytaxt klubunda 415 oyun keçirib və 38 qol vurub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB