“Qəbələ”nin 3 futbolçusu "Bakı-2017"də meydana çıxa bilər

“Qəbələ”nin 3 futbolçusu "Bakı-2017"də meydana çıxa bilər

Bakıda keçiriləcək IV İslam Həmrəyliyi Oyunlarında iştirak edəcək 23 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının heyəti açıqlanıb. SİA-nın məlumatına görə, yığmanın baş məşqçisi Yaşar Vahabzadə "Qəbələ"nin üç futbolçusunu da heyətə daxil edib. Bunlar Rəşad Sadiqov, Tellur Mütəllimov və Elvin Camalovdur.

IV İslam Həmrəyliyi Oyunlarının futbol turniri mayın 8-də start götürəcək. Azərbaycan millisi Kamerun, Səudiyyə Ərəbistanı və Mərakeşlə eyni qrupda mübarizə aparacaq. Komandamız ilk oyun günündə Kamerunla qarşılaşacaq.

Xatırladaq ki, yarışların əsasnaməsinə görə hər komanda yaşı 23-dən yuxarı olan 3 futbolçunun xidmətindən yararlana bilər.

Bütün xəbərlər Facebook səhifəmizdə