"Real"ın futbolçusu Kərim Benzema "Arsenal"a transfer oluna bilər. SİA-nın məlumatına görə, Madrid təmsilçisində xoşbəxt olmadığı bildirilən fransalı hücumçu İngiltərə klubunun nümayəndələri ilə görüşmək üçün Londona gedib. "Arsenal"ın bu transfer üçün Madrid təmsilçisinə 55 milyon avro ödəməyə hazır olduğu iddia edilib.
Qeyd edək ki, K.Benzema 2009-cü ildən "Real"da çıxış edir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB