Voleybolçularımız Səudiyyə Ərəbistanı yığmasını məğlub edib

Voleybolçularımız Səudiyyə Ərəbistanı yığmasını məğlub edib

IV İslam Həmrəyliyi Oyunlarına hazırlığı davam etdirən kişi voleybolçulardan ibarət Azərbaycan millisi Sloveniyadakı təlim-məşq toplanışı çərçivəsində növbəti yoxlama oyununu keçirib. SİA-nın məlumatına görə, komandamız Səudiyyə Ərəbistanı yığmasına 4:1 hesabı ilə qalib gəlib.

Xatırladaq ki, voleybolçularımız bundan əvvəl Sloveniyada "Maribor" klubunu eyni hesabla məğlub etmişdi.

Bütün xəbərlər Facebook səhifəmizdə