Hazırda "Beşiktaş"da çıxış edən Caner Erkin yenidən İtaliyaya qayıda bilər. SİA-nın məlumatına görə, ötən yay azad agent kimi "İnter"ə transfer olunan Erkin Milan təmsilçisinin heyətində özünü göstərə bilmədiyindən icarə əsasında "Beşiktaş"a üz tutdu.
İcarə müqaviləsinə əsasən, İstanbul klubu 1 milyon avro ödəməklə istənilən vaxt Erkini transfer edə bilər. Lakin "Qara qartal" təcrübəli futbolçuya görə xərcə düşmək istəmir.
Belə ki, "Beşiktaş" rəhbərliyi "İnter"ə futbolçu ilə müqaviləni pozmağı təklif edib. Lakin italyanlar bu təklifi dərhal geri çeviriblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB